Bu şəxslər üçün pulsuz göz əməliyyatı olacaq RƏSMİ

23.04.2025

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, dosent Qurban İsmayılov tərəfindən jurnalistlər üçün ödənişsiz göz əməliyyatları və müayinələr həyata keçirilir.

Metbuat.az-ın məlumatına görə bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günal Aslanova məlumat verib.

O bildirib ki, əməliyyatlar aprel ayının 28 və 29-na planlaşdırılıb.

"Əməliyyat və müayinə üçün jurnalistlərin qeydiyyatdan keçməsi kifayətdir".

Ülkər Abdurahmanlı / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью