Icma.az, Konkret.az saytına istinadən bildirir.
Azərbaycan ilə Dominikan arasında diplomatik və xidməti/rəsmi pasport sahibləri viza tələbindən azad edilir.
KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.
Qanuna əsasən, 2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.