Bu şəxslərə 6 min manat ödəniləcək Müraciət üçün lazım olan SƏNƏDLƏR | Icma.az
Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycan Prezidenti İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişiklikləri təsdiq edib.
Yeni dəyişikliklərə əsasən, bu kateqoriyadan olan vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək”.
Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
Millət vəkili əvvəlki qanunvericiliyi xatırladıb: “Buna əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əməkhaqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurdular.
Daha səmərəli sosial təminat məqsədilə pul kompensasiyası da sözügedən müavinətin tərkibinə daxil edilməklə məbləğ 6 min manat müəyyən edilib.
Bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, habelə onların arasından olanlara verilir.
Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar”.
Tam oxu
Xəbəri oxu