Bu şəxslərə 750 manat veriləcək

20.10.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsinə başlanılır.

Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bununla bağlı hazırlıqlar işlərini başa çatdırıb.

Agentlik qiymətləndirilmə ilə bağlı ümumilikdə 6 müəllimlə müqavilə bağlayıb.

Müqavilələrə əsasən, peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş aşağıdakı müəllimlərə qeyd olunan məbləğdə pul veriləcək:

1. Sevil Novruz qızı İmanova - 900 manat,

2. Ramil Məmməd oğlu Muxtarov - 750 manat,

3. Aynur Allahverən qızı Kərimova - 750 manat,

4. Gültəkin Fəzail qızı Muradlı - 750 manat,

5. Əlzamin Rəhman oğlu İsrafilov - 750 manat,

6. Ceyhun Amin oğlu Vəliyev - 750 manat.

Xatırladaq ki, TKTA ali təhsil müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş 36 müəllimə isə 1175-1300 manat məbləğində vəsait ödəyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью