Bu şəxslərə avtomobil sürmək QADAĞAN EDİLİR Tədbirlər sərtləşdirilir | Icma.az
Icma.az, Avtosfer saytına istinadən bildirir. Statistikaya əsasən hər il dünyada 1,2 milyon insan yol qəzalarında həyatını itirir.
Avropa bu dəhşətli vəziyyəti dəyişmək üçün tədbirləri sərtləşdirir.
Avtosfer.az xəbər verir ki, Avropa İttifaqı sürücülərin təhlükəsizliyini artırmaq və yol qəzalarını azaltmaq məqsədi ilə tarixi bir tənzimləmə imzalayır.
İlk dəfə həyata keçiriləcək bu tənzimləmə ilə yaşı 75-dən yuxarı olan sürücülər tibbi rəyi olsa belə, avtomobil idarə edə bilməyəcək.
Qərarın səbəbi reflekslərin itirilməsi və yaşla əlaqədar diqqətin yayınması səbəbindən yol hərəkəti riskinin artmasıdır.
Yuxarı yaş həddi qərarı ictimaiyyətdə müzakirələrə səbəb olub.
Qərarın əleyhdarları bunun yaşlı şəxslərin azadlığını məhdudlaşdıran ədalətsiz bir təcrübə olduğunu iddia edirlər.
Qərarın xüsusilə gündəlik işlərinin öhdəsindən şəxsi avtomobilləri ilə gəlməli olan yaşlılar üçün ciddi problemlər yaradacağı bildirilir./publika.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu