Bu şəxslərə Bakı və Lənkərandakı MİDA binalarından mənzillər veriləcək | Icma.az
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır. Azərbaycanda şəhid ailələri və qazilər dövlət tərəfindən diqqət və qayğı ilə əhatə ol
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı əsas prioritetlərdən biridir.
Bu istiqamətdə həyata keçirilən sosialyönümlü işlər davam etdirilir.
Proqramın davamlı icrası ilə bağlı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş daha bir qrup şəxsə və şəhid ailələrinə Bakı və Lənkəran şəhərlərində mənzillər veriləcək.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı həyata keçirilən işlər çərçivəsində mənzillərin satın alınması proseduru yekunlaşıb.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi qeyd olunan şəhərlər üzrə şəhid ailələri və qazilərin mənzillə təmin olunması üçün Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Dəyəri 8 126 595 manat olan satınalma müqaviləsinə əsasən, mənzillər 2 və 3 otaqlı olacaq.
Qeyd edək ki, Vətən müharibəsi bitəndən indiyə qədər şəhid ailəsinin üzvü və müharibə veteranı olan 106 min nəfərə 119 min aylıq sosial ödəniş, 24,2 min şəxsə isə birdəfəlik ödəmə təyin olunub.
Tam oxu
Xəbəri oxu