Bu şəxslərə birdəfəlik müavinət veriləcək

29.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Öz arzusu ilə işdən çıxan ədliyyə işçisinə birdəfəlik müavinət veriləcək.

"Unikal" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Belə ki, arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Anar Kəlbiyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью