Bu şəxslərə çağırış edildi Təhlükə var!

06.10.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yağışlı və çiskinli hava yollarda qəza riskini artırır. Sürücülər və piyadalar belə hava şəraitində daha diqqətli olmalı, təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində bildirilib.

Qeyd olunub ki, yağış və çiskin zamanı yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir. Pepperoni pizza

Sürücülərdən hava şəraitini düzgün qiymətləndirmək, yol və hava şəraitinə uyğun sürət həddi seçmək, avtomobillərin şüşəyuyan və şüşəsilgəc sistemlərinin işlək vəziyyətdə olmasını yoxlamaq xahiş edilib.

Həmçinin zərurət olmadan qəfil manevrlər etməkdən və kəskin tormozlamadan çəkinməyin vacibliyi vurğulanıb.

Müraciətdə piyadalara da təhlükəsizlik qaydalarına ciddi əməl etmək, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamaq tövsiyə olunub.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью