Bu şəxslərə də əmək pensiyası VERİLƏCƏK

13.12.2024

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Minatəmizləyənlər əmək pensiyası ilə təmin olunacaqlar. 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Minatəmizləmə fəaliyyəti haqqında” Qanun layihəsində öz əksini tapıb. 

Layihəyə əsasən, minatəmizləyənlərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçiriləcək. 

Dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью