Bu şəxslərə də veteran statusu verilə bilər

21.04.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Mən öz çıxışımda minaların təmizlənməsi haqqında qanun layihəsinin əhəmiyyətini qeyd etmək istəyirəm. Bu qanun layihəsi o qədər əhəmiyyətlidir ki, demək olar ki, 30 ilə yaxındır xalqımız və dövlət öz gücü ilə hal-hazırda işğaldan azad olunmuş torpaqlarımızda həm Ermənistan tərəfindən basdırılmış minaların tapılması və zərərsizləşdirilməsi, həm də infrastruktur layihələrimizin icrası zamanı, həm orada işləri həyata keçirən qurumlarımızın, təsərrüfat qurumlarının və orada işləyən kadrların təhlükəsizliyi təmin olunur".

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Azərbaycan Respublikasının  “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsindən danışarkən bildirdi.

O təklif edir ki, minaların təmizlənməsi prosesində iştirak edən bütün insanlara müharibə veteranı statusunun verilməsi kimi addımlar atıla bilər, bu məsələyə gələcək mərhələdə baxıla bilər.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью