Bu şəxslərə dövlət pul verəcək 2000 manatdan başlayır

18.09.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması məqsədilə xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarına subsidiya veriləcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Yeni qaydalara əsasən, istifadəsində azı 100 hektar örüş və ya otlaq sahəsi olan, 500 və daha artıq xırdabuynuzlu heyvan saxlayan təsərrüfatlarda qeydiyyatda olan hər heyvana görə 4 manat subsidiya ödəniləcək. Toyuqlu pizza

Subsidiyanın verilməsi üçün əsas şərt təsərrüfatların istifadəsinə verilmiş örüş və otlaq sahələrində münbitliyin və biomüxtəlifliyin artırılmasıdır.

Müraciət edən təsərrüfatların istifadəsində olan örüş və otlaqların vəziyyəti EKTİS-in Torpaqdan istifadə altsistemi və süni intellekt həllərindən istifadə edilməklə monitorinq olunacaq.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью