Bu şəxslərə müavinət verildi DSMF

05.08.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

2026-cı ilin yanvar–iyul ayları ərzində 41 151 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödənişi həyata keçirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə müavinət ödənişləri 19 147 nəfər qız, 22 004 nəfər oğlan uşağına görə aparılıb. pizza

Qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət vətəndaşlara proaktiv qaydada təyin olunur və ödəniş Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью