Bu şəxslərə yüksək vəzifə verildi Fotolar Yeni Sabah

16.11.2024

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikası (MR) Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi formalaşıb.

Yenisabah.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin noyabrın 16-da keçirilən iclasında muxtar respublika MSK üzvlüyünə Orxan Rza oğlu Bağırov, Asim Yediyar oğlu Əliyev, Elşən Sadıq oğlu Heydərli, Çingiz Namizəd oğlu Həsənli, Ramil Əli oğlu Orucəliyev, Məlahət Oruc qızı Rüstəmova və Nicat Əsgər oğlu Yaqubovun namizədliyi irəli sürülüb.

Aparılan müzakirələrdən sonra irəli sürülən şəxslərin namizədliyi səsə qoyularaq təsdiq edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью