Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müasir texnologiyalar nə qədər həyatımızın müxtəlif sahələrinə ayaq açsa da, hələ də tərəzidə aldatma kimi klassik satıcı “tələsi”nə düşmək mümkündür.
Danılmaz faktdır ki, Azərbaycanın müxtəlif bölgələrində kütləvi bazarlarda qoyulan tərəzilər elektron olsa da, satıcılar tərəfindən müdaxiləyə məruz qalır.
Bəs görəsən birbaşa vətəndaşın cibinə girən, göz görə-görə vətəndaşları aldadan məhəllə satıcılarını belə olduğu halda hansı cəza gözləyir?
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Moderator.az-a danışıb.
"İstehlakçıların hüquqlarının pozulması İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur.
Belə ki, istehlakçıların hüquqlarının pozulmasına, yəni, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Burada “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür.