Bu şəxslərin dərmanları üçün 13,4 milyon xərclənəcək

25.08.2025

Icma.az, Metbuat saytına istinadən bildirir.

Azərbaycanda imtiyazlı əhali qrupuna aid olan xəstələrin təminatı məqsədilə dərman vasitələri alınacaq.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi bununla bağlı müvafiq işlərə başayıb.

Qurum hazırda dərman vasitələrini təhvil verəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum dərman vasitələrinin satın alınmasının 13,4 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью