Bu şəxslərin gəlirlərinə 75 faiz güzəşt tətbiq olunacaq | Icma.az
Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə edildi və qəbul olunaraq plenar iclasa tövsiyə edildi.
Dəyişikliklərə əsasən, gələn ildən bir sıra xidmət sahələri üzrə illik dövriyyəsi həcmi 45 min manatadək olan mikrosahibkarların gəlirlərinə 75 faiz güzəşt tətbiq olunacaq.
Manset.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.
"Layihəyə əsasən, proqram təminatının işlənməsi, layihə-dizayn, tərcümə xidməti, araşdırma və tədqiqat sahəsi, hüquq, sərbəst auditor, jurnalist fəaliyyəti, turizm bələdçiliyi, qiymətləndirmə fəaliyyəti və s.
istiqamətlər üzrə vergi güzəşti tətbiq olunacaq. Yəni, VÖEN alaraq xidmət müqaviləsi əsasında fəaliyyət göstərənlər gəlirlərindən 2025-ci il
Eyni zamanda, onlardan 3 işçi və dövlət sığorta haqqı üzrə borcun olmaması tələbi də istənilməyəcək.
Məsələn, vətəndaşımız jurnalist kimi fəaliyyət göstərir və xidmət müqaviləsi əsasında vəsait alır və onun aylıq gəliri 3 min manatdır.
Tam oxu
Xəbəri oxu