Bu şəxslərin maaşı qalxıb Siyahı

27.10.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarına edilən artım əmsallarının şamil olunacağı işçilərin əhatə dairəsi müəyyənləşib.
Reyting.az
" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı artım əmsalları tətbiq ediləcək:
- baş həkim – 3 dəfə;
- baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq – 2,5 dəfə;
- baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib – 2 dəfə;
- təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr – 1,5 dəfə.
Qeyd edək ki, bu qərar avqustun 1-dən tətbiq edilir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью