Bu şəxslərin maaşlarına əlavələr ediləcək Yeni Çağ Media

10.01.2025

Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları təsdiqlənib.

Yenicag.az xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərin vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödəniləcək.

Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью