Icma.az bildirir, Unikal.az portalına istinadən. ""Vergi Məcəlləsinə" edilən yeni dəyişikliklər əsasən, bir sıra xidmət sahələri üzrə illik
"Unikal" xəbər verir ki, bu sözləri iqtisadçı deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, dəyişikliklərlə proqram təminatının işlənməsi, layihə-dizayn, tərcümə xidməti, araşdırma və tədqiqat sahəsi, hüquq, sərbəst auditor, jurnalist fəaliyyəti, turizm bələdçiliyi, qiymətləndirmə fəaliyyəti və s.
istiqamətlər üzrə vergi güzəşti tətbiqinə start verildi: "Yəni, VÖEN alaraq xidmət müqaviləsi əsasında fəaliyyət göstərənlər gəlirlərindən bu gündən etibarən 20 faiz deyil, 5 faiz vergi ödəyəcəklər.
Eyni zamanda, onlardan 3 işçi və dövlət sığorta haqqı üzrə borcun olmaması tələbi də istənilməyəcək.
Məsələn, vətəndaşımız jurnalist kimi fəaliyyət göstərir və xidmət müqaviləsi əsasında vəsait alır və onun aylıq gəliri 3 min manatdır.
Bu halda, o gəlirindən bu ildən etibarən 2024-cü ildə olduğu kimi 600 manat deyil (3000 manat X 0.20), cəmi 150 manat (3000 manat X 0.05) vergi ödəyəcək.
Qeyd edək ki, güzəştlər xidmət müqaviləsi əsasında çalışan şəxslərə şamil olunur.