Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək Prezident təsdiqlədi

14.04.2025

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Qarabağdakı peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək.

AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Təhsil haqqında” və "Peşə təhsili haqqında” Qanunlara dəyişikliyi təsdiqləyib.

Belə ki, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslər sırasına işğaldan azad edilən ərazilərdə məskunlaşan və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslər də daxil edilib.

Qanun sentyabrın 15-dən qüvvəyə minəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью