Bu şikayətləriniz varsa diqqətli olun!

02.03.2025

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Zəiflik, ürək döyüntüsü, qızdırma, diş əti qanaması və bədəndə bəzi şişliklər kimi şikayətlərin əsasında qan xəstəlikləri dayana bilər. Bu xəstəliklər bütün dünyada çox yayılsa da, sağlam həyat tərzini mənimsəməklə özünüzü qorumaq mümkündür.

Ölkə.az xəbər verir ki, hematologiya qan xəstəlikləri adı altında müalicə edilə bilən iki əsas xəstəlik qrupu ilə məşğul olur.

Bunlardan biri xoşxassəli xəstəliklər, digəri isə bədxassəli xəstəliklərdir.

Mütəxəssislər anemiyamın ən çox rast gəlinən xoşxassəli xəstəliklərdən biri olduğunu bildirirlər Anemiya dünyanın ən mühüm sağlamlıq problemlərindən biridir. Xüsusilə inkişaf etməmiş ölkələrdə hər 2 nəfərdən biri, inkişaf etmiş ölkələrdə isə hər 3 nəfərdən biri həyatının müəyyən dövründə anemiyadan əziyyət çəkir. Bundan başqa, neytrofil və limfosit kimi immun hüceyrələrinə təsir edən xoşxassəli xəstəliklərə də tez-tez rast gəlinir.

Bədxassəli xəstəliklər qrupunda ən çox rastlaşdığımız xəstəlik lenfomalardır. Lenfomalar immun sisteminin əhəmiyyətli bir parçası olan limfositlərin nəzarətsiz şəkildə çoxalması ilə xarakterizə olunur. Bunun ardınca çoxlu miyelom və xalq arasında qan xərçəngi olaraq bilinən leykemiya gəlir.

Xoşxassəli xəstəliklər üçün adətən qan testləri və dəmir testləri kifayət etsə də, bədxassəli xəstəliklər üçün PET tomoqrafiyası və sümük iliyi biopsiyası kimi qabaqcıl testlər tələb oluna bilər.(teleqraf)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью