Bu silahlar müharibənin gedişatını dəyişə bilər Rus general | Icma.az
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyada hazırlanmış lazer silahı Ukrayna münaqişəsinin gedişatını dəyişə bilər.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu fikirləri aviasiya general-mayoru Sergey Lipovoy deyib.
“Bu silahın uğurla sınaqdan keçirilməsi bir daha təsdiqləyir ki, bizim silah dizaynerlərimiz və silah-müdafiə kompleksimiz hərbi əməliyyatların gedişatını kökündən dəyişdirə biləcək uğura imza atıblar”, - deyə general vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiyanın müharibədə lazer silahından istifadə etdiyini açıqlamışdı.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu