Bu siqareti buraxmağa KÖMƏK EDİR

08.08.2025

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Psixiatr-narkoloq və psixoterapevt Aleksandr Zvyagin bildirib ki, siqareti tərgitmək istəyən şəxslər üçün ən etibarlı və davamlı motivasiya sağlamlıqlarının qeydinə qalmaqdır.

Redaktor.az xəbər verir ki, həkim bu haqda aif.ru-ya danışıb.

Mütəxəssis qeyd edib ki, daxili motivasiyanı konkretləşdirmək də siqareti buraxmağa kömək edir. Məsələn, nəvələri böyüyənə qədər görmək arzusu, ağciyər xərçəngi və ya potensiyanın itməsi qorxusu bu prosesi gücləndirə bilər.

Zvyagin həmçinin siqaretdən imtina qərarının düzgün ifadə olunmasının önəmini vurğulayıb. Onun sözlərinə görə, “imtina” sözünü “xilasetmə” və ya “azadlıq” anlayışları ilə əvəzləmək daha məqsədəuyğundur. Bu, insanın psixoloji olaraq vacib bir şeydən məhrum olma hissinin qarşısını alır.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью