Bu, sıradan bir cəza deyil, bu, ilahi ədalətdir!

27.08.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Ermənistanın keçmiş prezidenti, əli Azərbaycan xalqının qanına batan Robert Köçəryan həbs edilib.  O, ölkə prezidenti olduğu dövrdə digər şəxslərlə əlbir olaraq, vəzifə səlahiyyətlərindən istifadə etməklə bir sıra ictimai və iqtisadi əhəmiyyətli obyektləri bazar qiymətindən aşağı qiymətə əldə etməkdə ittiham olunur.

Köçəryanın həbsi ilə bağlı açıqlama verən Ermənistanın baş naziri Nikol Paşinyan, sabiq prezidentin sahib olduğu qanunsuz sərvətin son qəpiyinə qədər ondan alınacağını bildirib.

Köçəryanın həbsi bəzi media qurumlarında Paşinyanın siyasi rəqiblərindən qisası kimi dəyərləndirilsə də, əslində, keçmiş prezidentə qarşı irəli sürülən ittihamların tamamilə yerində olduğu, qanuni əsas daşıdığı inkaredilməzdir. Həqiqətən də, Köçəryan prezident olduğu dönəmdə külli miqdarda qanunsuz sərvət əldə edib, “Böyük Ermənistan” şüarı ilə Qarabağda azərbaycanlılara qarşı səlib yürüşü təşkil etməklə yanaşı, digər tərəfdən külli miqdarda var-dövlət əldə edib. Odur ki, Köçəryana qarşı irəli sürülən bütün ittihamların məhkəmədə öz təsdiqini artıqlaması ilə tapacağına heç kimin, elə Köçəryan və onun yaxın ətrafının da zərrə qədər şübhəsi yoxdur.

İşin digər tərəfi ondan ibarətdir ki, Paşinyan prezidentliyi dönəmində yalnız öz xalqından deyil, həm də Azərbaycan xalqından gen-bol çırpışdırıb, qanlı pullar hesabına nəhəng sərvət toplayıb. Bu mənada Köçəryan ikiqat cinayətkar hesab edilə bilər. Və  daha maraqlısı budur ki, bu gün Köçəryan məhz öz xalqı, öz dövləti tərəfindən cəzalandırılır ki, bu da ilahi ədalətdən xəbər verir.

Bu fakt sübut edir ki, kimə qarşı aparılmasından, kimə qarşı yönləndirilməsindən asılı olmayaraq nahaq qan tökməyin, işğalçılıq siyasəti yürütməyin, özgə əmlakına göz dikməyin sonu yoxdur. Allah öz ruhunu şərə təslim edən və digər insanların göz yaşı, bədbəxtliyi üzərində öz səadətini təmin etməyə çalışan hər kəsi gec-tez elə öz yaratdığı qan gölündə boğaraq əbədi məyus edir. Köçəryan və onun ibrətlik aqibəti bu gerçəyin ən böyük isbatıdır. Və əminliklə demək olar ki, Köçəryanla yanaşı, əli xalqımızın qanına batan digər cinayətkarlar da bir gün mütləq şəkildə öz cəzalarını alacaq, onlar da ilahi ədalətdən qaçmağın mümkünsüzlüyünü anlayacaqlar!

Seymur ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью