Icma.az bildirir, Banco.az portalına istinadən.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Kimya şirkəti “Dow” 4500 işçisini işdən çıxaracaq.
Banco.az xəbər verir ki, kimyəvi maddələr və kənd təsərrüfatı məhsulları istehsalçısı “Dow Inc.” fəaliyyətini sadələşdirmək məqsədilə təxminən 4 min 500 əməkdaşını işdən çıxarmağı planlaşdırır.
“Dow” cümə axşamı günü yaydığı açıqlamada bildirib ki, bu addım qısa müddətdə faiz, vergi və amortizasiya xərclərindən əvvəl əməliyyat mənfəətində ən azı 2 milyard ABŞ dolları artım təmin edəcək. Şirkət cari il üçün bu istiqamətdə 500 milyon ABŞ dolları həcmində hədəf müəyyən edib. Bu prosesdə süni intellekt və avtomatlaşdırma texnologiyalarından istifadə olunması nəzərdə tutulur.
Şirkət birdəfəlik xərclərin 1,1 milyard ABŞ dolları ilə 1,5 milyard ABŞ dolları arasında olacağını proqnozlaşdırır. Bu məbləğin 800 milyon ABŞ dollarına qədər olan hissəsi işdən çıxarılan əməkdaşlar üçün ödəniləcək kompensasiyaları da əhatə edə bilər.
Şirkətin baş icraçı direktoru (CEO) Cim Fitterlinq mövzu ilə bağlı dəyərləndirməsində bildirib: “Bu addım uzun müddətdir davam edən durğunluq və sektorun struktur çətinliklərinin öhdəsindən gəlmək üçün artıq gördüyümüz tədbirləri daha da sürətləndirəcək”.
“Bloomberg” tərəfindən toplanmış məlumatlara əsasən, “Dow” şirkətinin 2024-cü ilin dekabr ayına olan vəziyyətə görə 36 min əməkdaşı mövcud olub.
Bizi sosial şəbəkələrdən izləyin!!