Bu şirkət ötən ili 2.9 milyon manat zərərlə başa vurub

08.07.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycanda “CMS Properties” MMC adlı şirkət var, nərə balığı və qara kürü istehsalı ilə məşğuldur. Şirkətin maliyyə vəziyyəti açıqlanıb - 2025-ci ili 2.9 mln. manat xalis zərərlə başa vurub. Şirkətin 2023-cü ildə 19.07 mln. manat olan gəlirləri, 2024-cü ildə 5.26 mln. manata, 2025-ci ildə isə 1.69 mln. manata enməsi son üç ildə satış həcmlərinin ardıcıl azaldığını göstərir”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, kürü istehsal edən şirkətin zərərlə işləməsi başadüşülən deyil:

“Yaxşı, dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! Azərbaycanda varsa, bəs nə üçün ziyanla işləyir?! Toyuqlu pizza

Normalda bu xəbər çıxan kimi İqtisadiyyat Nazirliyi bütün işini-gücünü bir kənara qoyub ancaq bu məsələ ilə məşğul olmalı, səbəblərini incələməli, yaranmış problemləri həll etməlidir ki, 2026-cı ildə nəticə dəyişsin.

Bilirsiniz niyə?! Əminəm ki, bu şirkətin ziyanla işləməsinə SƏBƏB olan məsələlər, ölkə iqtisadiyyatının zəifləməsinə SƏBƏB olan məsələlələrlə birə-bir eynidir – yuxarı vergilər, aşırı tənzimləmə, nəzarət mexanizmləri, cərimələr, korrupsiya və s. (əgər elə deyilsə, buyursunlar, səbəblərlə bağlı rəsmi izah, açıqlama versinlər)”.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью