Bu şirkətin bir milyon manata yaxın vergi borcu üzə çıxdı FOTO KONKRET

21.04.2025

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Synergy Co” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) çevrilir.

KONKRET.az Trend-iə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq şirkətin nominal dəyəri 1 manat, miqdarı 2600, ümumi dəyəri isə 2600 manat olan adi adlı sənədsiz səhmi dövriyyədən çıxarılır.

Hazırda şirkətin dövlətə 894 725 manat vergi borcu var.

Qeyd edək ki, sözügedən şirkət 2009-cu ildə “Eskort” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adı altında dövlət qeydiyyatına alınıb. 2021-ci ildə isə şirkət indiki adını – “Synergy Co” QSC – alıb. Nizamnamə kapitalı 2 600 manat olan QSC-nin qanuni təmsilçisi Qurbanov Rəşad Firdovsi oğludur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью