Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“AFA Export” MMC 2026-cı ilin yanvar-iyul aylarında 27 milyon ABŞ dolları həcmində ixrac həyata keçirib.
Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın Avqust/2026 sayına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövründə şirkətin göstəricisi 0 olub. Beləliklə, şirkətin ixracında nominal ifadədə 27 milyon dollarlıq artım qeydə alınıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əvvəlki ilin göstəricisi sıfır olduğu üçün artım faizlə hesablana bilməz.
Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun ayları üzrə ilk 10-luqda da “AFA Export” şirkətinin adı yer almamışdı.
“AFA Export”un 27 milyon dollarlıq göstəriciyə çataraq ilk on qeyri-dövlət ixracatçısı sırasına daxil olması şirkətin xarici satışlarında yeni miqyasın formalaşdığını göstərir. Siyahıda onuncu yerdə qərarlaşmasına baxmayaraq, 27 milyon dollarlıq yeddiaylıq göstərici kifayət qədər böyük həcmdir.