Bu şirkətin milyonluq əmlakları SATIŞA ÇIXARILIR

05.09.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Aqrarkredit QSC balansında olan bəzi daşınmaz əmlakların müsabiqə yolu ilə satışını elan edib.

“Yeni Sabah” xəbər verir ki, satışa çıxarılan əmlaklar arasında torpaq sahələri və qeyri-yaşayış obyektləri yer alır:

1. Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 391 ünvanında yerləşən 2000 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil. Start qiymət – 2.040.000,00 (iki milyon qırx min) manat; Dördpendirli pizza

2. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən 1625.6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil. Start qiymət –1.530.000,0 (bir milyon beş yüz otuz min) manat;

3. Şəki rayonu, Daşüz kəndində yerləşən, kənd təsərrüfat təyinatlı 500 ha torpaq sahəsi (örüş yeri) üzərində icarə hüququ. Əmlak yüklü deyil. Start qiymət – 346.000,0 (üç yüz qırx altı min) manat;

4. Şəki şəhəri, Salman Mumtaz küçəsində 29,8 ha sahəsi (yaşayış məntəqələrinin torpaqları). Əmlak yüklü deyil. Start qiymət – 3.235.000,0 (üç milyon iki yüz otuz beş min) manat;

5. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 3,8666 ha torpaq sahəsi (kənd təsərrüfatı təyinatlı torpaqlar). Əmlak yüklü deyil. Start qiymət – 657.050,00 (altı yüz əlli yeddi min əlli) manat;

6. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 95 ünvanında yerləşən 1078.1 kv.m sahədən ibarət qeyri-yaşayış binası. Əmlaklar yüklü deyil. Start qiymət – 4.060.000,00 (dörd milyon altmış min) manat.

Müsabiqədə iştirak etmək istəyən iddiaçılar əmlakın ilkin satış qiymətinin 0,5%-i həcmində beh ödəməli və təkliflərini qapalı zərfdə təqdim etməlidirlər. Müsabiqənin qalibi əmlakın dəyərinin 30 bank günü ərzində tam ödənilməsini təmin etməlidir.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью