Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda fəaliyyət göstərən iki xarici şirkətin ölkəmizdəki filialı ləğv olunduğunu elan edib.
“Yeni Sabah” xəbər verir ki, “Vertiv Güç Sistemleri Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1401593981) ləğv olunma prosesinə başlayıb. Kreditorlar iki ay ərzində tələblərini AZ1025, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 55, “AGA Center” Biznes Mərkəzi, 7-ci mərtəbə, 701 №-li ofis ünvanına bildirə bilərlər.
Digər bir ləğv elanı isə “Karabakh Joint Operating Company B.V.” şirkətinin Azərbaycan Respublikasındakı Filialına (VÖEN: 1405273631) aiddir. Bu qurumun da kreditorları iki ay ərzində tələblərini AZ1095, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 62, “Marine Plaza” (16-cı mərtəbə) ünvanına təqdim etməlidirlər. Toyuqlu pizza
Qeyd edək ki, qanunvericiliyə əsasən, ləğv prosesində olan şirkətlərin kreditorlarına iddialarını bildirmək üçün rəsmi olaraq 2 ay vaxt verilir.
Cəlalə Cəlalqızı