Bu sistem Azərbaycana milyonlarla valyuta gətirəcək Pərviz Məmmədov kino islahatından danı…
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı Sərəncam imzalayıb.
Sərəncam film istehsalı sənayesini gücləndirmək, həmçinin xarici film istehsalçılarını film məkanı kimi Azərbaycan Respublikasını seçməyə təşviq etmək məqsədi daşıyır.
Sərəncamla film istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi sistemi fəaliyyətə başlayacaq.
Nəticədə film istehsalı ilə bağlı çəkilən xərclərin müəyyən hissəsi istehsalçıya qayıdacaq.
Bundan başqa Nazirlər Kabineti "Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.
Qaynarinfo bu mövzuda "Ultra Production" kino şirkətinin rəhbədri Pərviz Məmmədovla danışıb.
Pərviz Məmmədov müsahibəsində film çəkilişi üçün xərclərin qismən geri ödənilməsi sisteminin Azərbaycan kino sənəti üçün əhəmiyyətinin böyük olduğunu bildirib.
Tam oxu
Xəbəri oxu