Bu sistem sağlamlıq məlumatlarını vahid platformada birləşdirəcək

10.06.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Tibb Rəqəmsal Əkiz Sisteminin əsas məqsədi vətəndaşların bütün sağlamlıq məlumatlarını vahid rəqəmsal ekosistemdə cəmləşdirməkdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi tibb rəqəmsallaşdırma sistemi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, səhiyyədə rəqəmsallaşma prosesi Tibb Rəqəmsal Əkiz Sisteminin yaradılmasından daha əvvəl başlayıb və son illərdə bu istiqamətdə mühüm addımlar atılıb.

Mütəxəssis qeyd edib ki, xəstəlik vərəqələrinin, epikrizlərin və reseptlərin rəqəmsallaşdırılması artıq həyata keçirilir. Hazırda xəstəlik vərəqələri yalnız elektron formada təqdim olunur, epikrizlər və reseptlər isə bir çox tibb müəssisələrində, o cümlədən Səhiyyə Nazirliyinin tabeliyində olan qurumlarda rəqəmsal qaydada tərtib edilir.

Onun sözlərinə görə, Tibb Rəqəmsal Əkiz Sisteminin yaradılmasının əsas məqsədi səhiyyə sahəsində formalaşan bütün məlumatları vahid rəqəmsal ekosistemdə toplamaqdır.

Mütəxəssis bildirib ki, sistemdə vətəndaşların fərdi sağlamlıq məlumatları, eləcə də müxtəlif tibbi sənədlər bir araya gətiriləcək və bütün məlumatlar vahid platformada öz əksini tapacaq.

O vurğulayıb ki, Tibb Rəqəmsal Əkiz Sisteminin mahiyyəti məhz səhiyyə sahəsində formalaşan məlumatların mərkəzləşdirilmiş şəkildə idarə olunmasını təmin etməkdir.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью