“Bu son videom olacaq”

26.05.2026

Icma.az, Olay.az saytına istinadən bildirir.

Məşhur “Yeşilçam” aktrisası Saadet Gürsesin etdiyi paylaşım pərəstişkarlarını kədərləndirib.

OLAY yazır ki, Saadet Gürses 1997-ci ildə tutulduğu dəri xərçəngi səbəbilə uzun illər çətin bir müalicə prosesi keçirib. Təxminən 7 il davam edən müalicədən sonra xəstəliyə qalib gəlməyi bacaran aktrisa daha əvvəl verdiyi açıqlamalarda sektorda iş tapmaqda çətinlik çəkdiyini vurğulayıb.

İşsizlik səbəbindən maddi çətinlik yaşayan aktrisa izləyicilərə səslənib: “Bu sizinlə əlaqə quracağım son video olacaq. Çünki artıq çox yoruldum” deyə aktrisa bildirib.
O, həmçinin, öz imkanları ilə çap etdirdiyi kitabı üçün də dəstək istəyib. Gürses, “Mən bu kitabı öz imkanlarımla 500 nüsxə hazırlatdırdım. Mənə dəstək olub bu kitabı satın alsanız, mənə kömək etmiş olarsınız” ifadələrini işlədib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью