Bu sosial platforma 5 may bağlanacaq

02.05.2025

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Microsoft" şirkəti tərəfindən verilən məlumata əsasən, məşhur "Skype" platformasının fəaliyyəti 5 may tarixində rəsmi olaraq dayandırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə texniki dəstək bölməsində yayımlanan açıqlamada qeyd olunub.

Qeyd edək ki, "Microsoft" artıq bir müddət əvvəl bu qərarı elan etmiş və istifadəçilərin "Skype" hesablarının "Microsoft Teams" platformasına inteqrasiya ediləcəyini bildirmişdi.

Xatırladaq ki, "Skype" ilk dəfə 2003-cü ildə istifadəçilərin ixtiyarına verilib və 2011-ci ildə "Microsoft" tərəfindən satın alınaraq daha geniş funksionallıqla inkişaf etdirilməyə başlanmışdı.

Asya
Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью