Bu sosiska məhsulları Azərbaycana gətirilməyib AQTA dan açıqlama

08.06.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti tərəfindən bu ölkədə istehsal olunan “Papa mojet” əmtəə nişanlı 23.04.2025-ci il istehsal tarixli sosiska məhsulu partiyasında uyğunsuzluq aşkarlanması ilə bağlı məlumat paylaşılıb. 

AQTA-dan "Unikal"a bildirilib ki, məlumatda qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmayıb və bu əmtəə nişanlı digər məhsul partiyalarının idxalı zamanı aparılan müayinələr nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Agentlik ölkəmizə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirlərini davam etdirir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью