Bu sözlərimə görə məni qınadılar

23.01.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əməkdar artist Abbas Bağırov dediyi sözlərə görə onu tənqid edənlərə cavab verib.

Axşam.az xəbər verir ki, müğənni verilişdə zarafatla dediyi sözün sosial şəbəkədə paylaşıldığını və ünvanına xoşagəlməz sözlər yazıldığını bildirib:

"Proqramda dedim ki, 6-7 saat dayanmadan ifa etdiyimiz zaman 470-ə yaxın mahnı oxuyuruq. Bu, real rəqəm deyil. Bunu bilərəkdən dedim. Məhz bu cümləni paylaşdılar və məni də qınaq obyektinə çevirdilər. Bunu göstərmək istədim ki, nə qədər doğrunu danışsaq faydası yoxdur. Elə belə şeylər paylaşılır".

Qeyd edək ki, A.Bağırov bu sözləri "Gün ortası" proqramında deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью