“Bu SSRİ dən qalma bir yanaşmadır, dünyanın heç bir yerində yoxdur” Ərşad Hüseynovdan ETİRAZ+ÖZƏL

30.01.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Dövlət qeydiyyat nişansız avtomobil sürmək olmaz. Həm avtomobilin ön, həm də arxa nömrəsi yerində olmalıdır. Sürücü aşkar edərsə ki, dövlət qeydiyyat nişanlarından birini itirib, dərhal polisə məlumat verməlidir. Bunu qeydiyyata alandan sonra gedib dövlət qeydiyyat nişanının yenisini əldə etmək üçün müraciət etməlidir. Tək nömrə ilə avtomobil idarə etmək olmaz. Bu qanunun tələbi deyil. Axtara, nəticəni gözləyə d bilər. Polisə müraciət edəndən sonra tamam yaxınlaşmalıdır qeydiyyat imtahan baxış şöbəsinə və rüsumları ödəyəndən sonra daha tamam hərif və rəqəm kombinasiyalı yeni dövlət qeydiyyat nişanı verməlidirlər və qeydiyyat şəhadətnaməsini də dəyişməlidirlər. Bu prosedur belədir”.

Bunu Moderator.az-a açıqlamasında ekspert Ərşad Hüseynov bildirib.

O deyir ki, bu qayda-qanun köhnəlib:

“Yeri gəlmişkən bu ayrıca bir hüquqi problemdir. Niyə görə? Dünyanın heç bir yerində belə şey yoxdur. Keçmiş SSRİ-dən qalma bir yanaşmadır. Qanunvericiliyə dəyişiklik edilib, onu tamam aradan qaldırmaq lazımdır. Nömrələrdən biri itirsə, onu təkrar çap edirlər, bağlayırsan maşının üstünə. Başqa heç nəyə ehtiyac yoxdur. Bunu sadələşdirmək lazımdır. Bu qanunun heç bir praktiki əhəmiyyəti yoxdur” deyə ekspert bildirib.

Ərşad Hüseynov bildirib ki, sürücülər diqqətli olmalıdırlar:

“Sürücülər dövlət qeydiyyat nişanını düzgün bərkitləməlidirlər. Təcrübədə biz onu görürük ki, onu yapışqanla edirlər. Yapışqan da adətən keyfiyyətsiz olur. Müəyyən müddətdən sonra o yapışqan quruyur və maşın suya, gölməçəyə girəndə nömrə qopub düşür. Ona görə də nömrələri düzgün bərkitmək lazımdır” deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью