Bu stadionda 3 xal qazanmaq asan iş deyil Lamin Yamal

12.12.2024

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda səfərdə Dortmund "Borussiya"sını 3:2 hesabı ilə məğlub edən "Barselona"nın vingeri Lamin Yamal qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Oyundan çox razıyıq. Bu stadionda 3 xal qazanmaq asan iş deyil. Bunu edə bilmək üçün çox işlədik və mükafatlandırıldıq. "Borussiya" matçın gedişində iki dəfə hesabı bərabərləşdirdi. Onlara qarşı mübarizə aparmaq həqiqətən çətin idi. Bu qələbə bizim üçün çox önəmlidir. Çünki "Benfika" və "Atalanta"ya qarşı iki finala bərabər görüşümüzü var".

Qeyd edək ki, "Barselona" ÇL-in turnir cədvəlində 2-ci, "Borussiya" isə 9-cu pillədə mövqe tutub.

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью