Bu stansiyadan Yaşıl xətt ə keçid mümkün OLACAQ

25.09.2025

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Metronun “B-4” stansiyası “Bənövşəyi” xəttin “8 Noyabr” stansiyasından sonrakı stansiyası olacaq.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, Dövlət Proqramına uyğun olaraq “Bənövşəyi xətt” üzrə daha 5 stansiya inşa olunmalıdır:
“Həmin 5 stansiyadan biri, məsələn, “B-4” stansiyasından sonrakı “B-5” stansiuası “Nizami” stansiyasının yaxınlığında yerləşəcək. Hazırda bu stansiyaların ərazilərinin dəqiqləşdirmə işləri aparılır. Həmin stansiyadan birbaşa Nizami stansiyasına keçid olacaq. “Avtovağzal” stansiyasında hərəkətə başlayan sərnişinimiz həmin stansiyadan “Nizami” stansiyasına keçməklə hərəkətini “Yaşıl” xətt üzrə davam etdirəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью