“Bu strategiya Azərbaycanın təhlükəsizliyinin əsas təminatçısıdır”

03.02.2026

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Cənubi Qafqazda davam edən geosiyasi gərginlik Azərbaycanın təhlükəsizlik mühitini ciddi şəkildə mürəkkəbləşdirib. Şimalda Rusiya–Ukrayna müharibəsi artıq illərdir davam edir, cənubda isə İsrail–İran qarşıdurmasının yenidən genişmiqyaslı mərhələyə keçmə ehtimalı qalmaqdadır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov söyləyib.

A.Nəsirov qeyd edib ki, bu iki risk zonasının arasında yerləşən Azərbaycan üçün vəziyyət yalnız diplomatik balans məsələsi deyil, eyni zamanda, birbaşa milli təhlükəsizlik problemidir: “Məhz bu kontekstdə ölkənin ehtiyatlı davranışı, sərhəd və daxili təhlükəsizlik tədbirlərini ön plana çıxarması rasional yanaşma kimi qiymətləndirilə bilər”.

Onun söylədiyinə görə, bu reallıq son günlərdə Hikmət Hacıyevin “The National” nəşrinə verdiyi müsahibədə də açıq şəkildə ifadə olunub: “O, Azərbaycanın özünü İran və Rusiya arasında sanki iki böyük müharibənin arasında qalmış kimi hiss etdiyini vurğulayaraq regionda vəziyyətin proqnozlaşdırılmasının çətinliyinə diqqət çəkib. Bu yanaşma göstərir ki, Bakı üçün əsas prioritet emosional mövqelər deyil, riskləri minimuma endirən, sabitliyi qoruyan və ölkəni regional qarşıdurmaların birbaşa təsirindən kənarda saxlayan xəttdir. Mövcud qeyri-müəyyənlik şəraitində bu strategiya Azərbaycanın təhlükəsizliyinin əsas təminatçısı olaraq qalır”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью