Bu sual abituriyentlərin xeyrinə hesablanacaq VİDEO

01.06.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə yol verilib.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcək. Həmin sual düzgün cavablandırılmış kimi qeyd ediləcək.

Qeyd edək ki, həmin sual A variantında 11-ci, B variantında 18-ci, C variantında 8-ci, D variantında isə 13-cü sualdır.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью