Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Bu gün Dövlət İmtahan Mərkəzində II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının müzakirəsi ilə bağlı Mərkəzin ekspertləri və tarix fənnini tədris edən bir qrup müəllimlə görüş keçirilib.
DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə tarix fənninə aid və imtahanda istifadə olunan 3 test tapşırığı ilə bağlı səsləndirilən iradlarla əlaqədar müzakirələr aparılıb.
Bu müzakirələrdən sonra DİM-in ekspertlər qrupunun iclası keçirilib və aşağıdakı qərarlar qəbul olunub: 1.
Azərbaycan Xalq Cümhuriyyəti mövzusu ilə bağlı aşağıdakı məzmunda təqdim edilən test tapşırığı doğru tərtib edilmiş, qəbul proqramına və dərsliklərə uyğundur.
AXC-nin Tiflis və Bakı dövrlərinə aid ümumi cəhətləri müəyyən edin.
Müəyyən müddət Milli Şuranın fəaliyyət göstərməsi Qanunverici orqan olan parlamentin fəaliyyət göstərməsi Qonşu dövlətlə hərbi əməkdaşlıq barədə müqavilə imzalanması F.
Xoyskinin rəhbərliyi ilə hökumətin təşkil edilməsi Hökumətin qanunverici səlahiyyətlərə malik olması Mövzu: Azərbaycan Xalq Cümhuriyyəti Sinif: 9, 11 - Azərbaycan tarixi Doğru cavab: 1,3,4 2.