“Bu sualı niyə mənə verirsiniz?” Kurban Berdiyev

11.10.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

Misli Premyer Liqasının 7-ci turu çərçivəsində "Turan Tovuz" "Şəfa"ya 1:0 hesabı ilə qalib gəlib.

QOL.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablayıb:

"Çox ağır oyun oldu. Amma qələbə qazandığımıza görə sevinirik. Bu qələbəyə layiq idik. Təəssüf ki, Denis Marandiçi yenə ağır zədələndi".

- Denis Marandiçinin durumu necədir?

- Kəllə-beyin travması alıb. Əməliyyat ediləcək.

- Son vaxtlarda Ehtiram Quliyevin klubdan gedə biləcəyi haqda söz-söhbətlər var. Bu, sizə və komandaya necə təsir edir?

- Bu sualı niyə mənə verirsiniz? Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar. Biz ümumiyyətlə belə bir şey eşitməmişik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью