GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Sosial şəbəkələrdə son zamanlar “altıncı hissini yoxla” adı ilə yayılan testlər geniş yayılıb.
İnsanlara müəyyən rəqəm aralığı təklif edilir və bildirilir ki, kim taparsa, deməli, altıncı hissi güclüdür.
Maraqlısı budur ki, əksəriyyət seçimində yanılmadığını deyir, yəni təxminləri doğru olur.
Bu isə izləyicilərdə doğrudan da altıncı hisslərinin güclü olması düşüncəsini yaradır.
Globalinfo.az-a danışan kliniki psixoloq, ezoterik Zirəddin Rzayev deyib ki, altıncı hissin olub-olmadığını müəyyən etmək üçün laboratoriyada test vermək mütləqdir: “Orada müxtəlif metodlarla ekstrasens qabiliyyətə sahib şəxslər elmi tədqiqat institutlarının gizli laboratoriyalarında qeydiyyata alınır və yoxlanılır.
Onları xüsusi avadanlıqlar, sınaq üsulları, hətta kartlarla test edirlər.
Nəticələr əsasında həmin şəxslərdə altıncı hissin mövcudluğu müəyyənləşdirilir.