“Bu suallar bizə ünvanlamamalıdı” AFFAdan Messinin səfərinə reaksiya

05.12.2024

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən dünya futbolunun əfsanəsi Lionel Messi və komanda yoldaşları - Luis Suares, Serxio Buskets və Jordi Alba Bakıya gəlir.

Dekabrın 11-də Bakı Kristial Zalında Messi ilə bağlı bioqrafik film nümayiş olunacaq, pərəstişkarlar dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatını qazanan argentinalı superulduzu və komanda yoldaşlarını görmək imkanı qazanacaq.
Bəs AFFA-nın bu səfərdən xəbəri varmı? Messinin mətbuat konfransı və brifinqi olacaqmı? Qurum idman mediasının bu tədbir üçün qeydiyyatdan keçirilməsini öz üzərinizə götürə bilərmi? Bu sualları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq:

“Bu suallar bizə ünvanlamamalıdı. Təşkilatçılar var, onlara müraciət edin”.


ƏSƏD SEYİDOV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью