Bu sürücü nə etdiyini bilmir Gah qırmızı işıqda keçir, gah da dayanır VİDEO | Icma.az
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qayda pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb.
Belə ki, hərəkətdə olan 77-NQ-088 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü digər nəqliyyat vasitələrindən fərqli olaraq işıqforun qırmızı işığında dayanmadan yolayırıcına daxil olub.
Lakin o, digər yolayırıcına çatan zaman svetoforun yaşıl işığının yanmasını gözləyib və hərəkətinə davam edib.
Xatırladaq ki, sürücü törətdiyi qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 3 bal və 100 manat məbləğində cərimələnə bilər.
Nərmin Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu