Bu sürücü taksi işləyir, amma hələ qanunla maşın sürə bilmir VİDEO

17.07.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bakıda qaydaları kobud şəkildə pozan taksi sürücüsünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 23-də, paytaxtın Afiyəddin Cəlilov küçəsində qeydə alınıb.

Belə ki, "Yango" taksi şirkətinə məxsus 77-UD-491 qeydiyyat nişanlı "Toyota Aqua" markalı avtomobilin sürücüsü dönmə işığı yandırmadan ən sol zolağa keçib. Bu zaman görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq onun hərəkətinə mane olub. Qarşısında park edilmiş avtomobilə görə hərəkətsiz qalan sürücü daha sonra sağ zolağa yerdəyişmə edib. Bu zaman yenə də arxadan gələn sürücünün qarşısına çıxaraq ona təhlükə yaradıb. Bu manevrləri edən zaman isə dönmə işıqlarından istifadə etməyib.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью