Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıdakı yollardan birində sadəcə düzünə və sağa hərəkətə icazə verilsə də, avtomobillər sola dönür.
Belə olan halda, həm qayda pozulur, həm də qəza şəraiti yaranır.
Söhbət Yasamal rayonu Əsəd Əhmədov və Abbas Mirzə Şərifzadə küçələrinin kəsişməsindən gedir.
Belə ki, Şərifzadə küçəsində İnşaatçılar m/s-dan üzü 20 Yanvar m/s-a gedən yolda sadəcə düzünə və sağa dönməyə icazə verən yol nişanı quraşdırılıb.
Lakin bəzi avtobuslar birbaşa sola Ə.Əhmədov küçəsinə (Yeni Yasamala) dönürlər, bunu görən minik avtomobili sürücüləri də dönməyə icazə olduğunu düşünür və hərəkəti təkrarlayır.
Maraqlıdır, o yolda sola dönməyə icazə varmı? Yoxdursa, həmin sürücüləri hansı cərimələr gözləyir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sözügedən yolda minik avtomobili sürücülərinin sola dönməsi tamamilə qanunsuzdur.