Bu sürücülər 40 manat cərimələnəcək VİDEO | Icma.az
Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq. Qeydiyyat nişanlarını çirkli saxlayan sürücülər cərimə olunacaq.
Sfera.az bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı sürücülərə müraciət edib.
Qurumun rəsmisi Mübariz Ağayevin sözlərinə görə, dövlət qeydiyyat nişanlarını təmiz saxlamayan sürücülər cərimələnəcək.
Hətta cərimədən yayınmaq üçün nömrəni bilərək bağlayan sürücülər də var.
Mübariz Ağayev bildirib ki, məsələyə ciddi yanaşmayan sürücülərə cərimə protokolları tərtib olunacaq.
Qeyd edək ki, havanın hazırda yağmursuz olmasına baxmayaraq paytaxt küçələrində nəinki çirkdən dövlət qeydiyyat nişanı görünməyən, hətta rəngi belə ayırd olunmayan nəqliyat vasitələri var.
Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu