Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də səhhətində ciddi problemlər olduğunu
Bu barədə Sfera.az-a Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda qeyd olunub.
Bildirilib ki, oxşar hadisə ötən gün də baş verib: “Belə ki, səhhətində problemlər olduğunu bildiyi halda, qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Fail Nemətov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən səhhətinin pisləşməsi səbəbindən idarəetməni itirərək qarşıda gedən yük avtomobili ilə toqquşub.
Qəzada xəsarətlər alan sürücü və sərnişini – Lənkəran rayon sakini Hüseynağa Kərimov xəstəxanaya çatdırılsa da, sonuncunun həyatını xilas etmək mümkün olmayıb”.
Qurum sürücülərə bir daha müraciət edib: “Səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırırıq”.
Günay Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.